Şamaxı və Qobustan rayon ümumtəhsil məktəbləri üzrə Respublika Fənn Olimpiadasının rayon mərhələsi üzrə qalib gələn şagirdlərlə görüş keçirilib.
Görüşdə Rayon Təhsil Sektorunun müdirləri, olimpiada üzrə məsul şəxslər, həmin şagirdlərin müəllimləri və məktəb direktorları iştirak ediblər.
Təhsil Sektorlarında keçirilən görüşlərdə şagirdlərin növbəti zona mərhələsinə hazırlıq vəziyyəti müzakirə edilmişdir. Rəhbərlik tərəfindən onların təhsil aldığı məktəblərin direktorlarına və fənn müəllimlərinə şagirdləri növbəti mərhələyə hazırlamaları üçün tapşırıqlar verilmişdir.