22.11.2023

Onlayn görüş keçirilib

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində olan və məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi ümumtəhsil məktəblərinin direktorları ilə “Microsoft Teams” platforması üzərindən onlayn görüş keçirilib.

 

Regional İdarənin və Rayon Təhsil Sektorlarının əməkdaşlarının iştirak etdiyi görüşdə məktəbəhazırlıq qruplarında tədrisin vəziyyəti müzakirə edilmiş, həmin qruplarda təhsil alan uşaqların istifadəsi üçün Elm və Təhsil Nazirliyi tərəfindən təqdim edilən tədris ləvazimatlarının istifadəsinə dair təlimat və tapşırıqlar verilmişdir.

 

Sonda direktorları maraqlandıran suallar cavablandırılmışdır.


Açar sözlər: ,  ,