Noyabrın 16-da dövlət ümumi təhsil müəssisələrində işləyən gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin peşəkarlıq səviyyəsinin yoxlanılması və təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə diaqnostik qiymətləndirmə prosesi təşkil olunub.
Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə Şamaxı şəhər 2 nömrəli tam orta məktəbdə keçirilən test imtahanında 55 nəfər namizəd iştirak edib. Regional İdarə müdiri Rövşən Əliyev imtahan keçirilən mərkəzdə olaraq, imtahan prosesini izləyib.
Qeyd edək ki, test imtahanlarında hər müəllimə tədris etdiyi fənn üzrə 50, tədris metodikası və təlim strategiyaları üzrə isə 10 sual təqdim olunub. Test tapşırıqlarının cavablandırılması üçün 90 dəqiqə vaxt ayrılıb.
İmtahanda iştirak edən namizədlərə uğurlar arzulayırıq.