14.11.2023

"Zəfər Şamaxı" komandası beynəlxalq yarışın final mərhələsinə vəsiqə qazanıblar

Şamaxı Avropa liseyinin "Zəfər Şamaxı" komandası (liseyin riyaziyyat müəllimi İsmayılova Aygün Rusxat qızı və liseyin 7-ci sinif şagirdləri İsmayılzadə Mədinə Ağacan qızı, Qasımlı Ömər Tural oğlu, 5-ci sinif şagirdi İsmayılzadə Ayla Ağacan qızı) Beynəlxalq STEAM Azərbaycan Festivalı 2023-ün "FLL Challenge (off-season)" kateqoriyası üzrə yüksək nəticə göstərərək 200 komanda içərisindən seçilən 31 komanda arasında yer alaraq beynəlxalq yarışın final mərhələsinə vəsiqə qazanıblar.

 

Şagirdlərimizi və onların müəllimini təbrik edir, onlara final mərhələsində uğurlar arzulayırıq.


Açar sözlər: ,  ,