12.11.2023

Müəllimlərarası III Zəfər olimpiadasının qalibləri

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş Müəllimlərarası III Zəfər olimpiadasında Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində çalışan və adları aşağıda qeyd edilən müəllimlər finalda yüksək nəticə göstərərək qalib olublar.

 

1. Allahverdiyev Zamin Malik oğlu-İsmayıllı rayon İstusu kənd tam orta məktəbinin direktoru və kimya müəllimi-I yer

2. Əsədov Zərqəm Nadir oğlu-İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi-I yer

3. Muradlı Çingiz Məzahir oğlu-İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi-II yer

4. Şıxıyev Vasif Vaqif oğlu-Şamaxı şəhər 10 nömrəli tam orta məktəbin tarix müəllimi-III yer

5. Tapdıqova Fidan Şahbaba qızı-Şamaxı şəhər 3 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi-ilk onluqda yer alıb

6. Əzimov Sahil Əlsahab oğlu-İsmayıllı rayon Ruşan kənd tam orta məktəbin tarix müəllimi-ilk onluqda yer alıb

7. Abdulov Rəşadət Məhəmmədyusif oğlu-İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin tarix müəllimi-ilk onluqda yer alıb

8. Əhmədova Qənirə Hafiz qızı-İsmayıllı rayon Uştal kənd tam orta məktəbin riyaziyyat müəllimi-ilk onluqda yer alıb

 

Qalib müəllimlərə qiymətli hədiyyə və sertifikat təqdim edilib. Qalib müəllimlərimizi təbrik edir, onlara gələcəkdə daha yüksək uğurlar arzulayırıq.


Açar sözlər: ,  ,