03.11.2023

İşə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib

03 noyabr 2023-cü il tarixdə Şamaxı şəhər 2 nömrəli tam orta məktəbdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan təlim-tərbiyə işləri üzrə direktor müavini və məktəbdənkənar, sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.

 

İmtahanda Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonları üzrə ümumilikdə 97 nəfər namizəd iştirak edib.

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev imtahan prosesini izləyib.

 

İmtahan nəticələrinin yaxın günlərdə elan ediləcəyi gözlənilir


Açar sözlər: ,