23.10.2023

Gənc müəllimlər ilə görüş keçirib

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) İsmayıllı rayonunda gənc müəllimlər ilə görüş keçirib.

 

Görüşdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev və AGMA-nın sədri Rüfət Əsədzadə iştirak edib. Maraqlı və qarşılıqlı dialoq şəraitində keçən görüşdə çıxış edən natiqlər AGMA-nın fəaliyyəti və keçirdiyi müxtəlif tədbirlər haqqında, gənc müəllim platforması, eləcədə Dağlıq Şirvan RTİ-nin gənc müəllimlərə göstərdiyi qayğı haqqında çıxış ediblər.

 

Daha sonra görüş AGMA-nın əməkdaşı Fərid Seyfullayevin təlimi ilə yekunlaşıb.


Açar sözlər: ,  ,