21.10.2023

Müəllimlərlə görüş keçirilib

İsmayıllı rayonunda Respublika Fənn Regional Olimpiada Hazırlıq Mərkəzinə seçilmiş və orada çalışacaq müəllimlərlə görüş keçirilib.

 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Təhsil İnstitutunun və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin birgə layihəsi olaraq İsmayıllı rayonunda yaradılan Respublika Fənn Regional Olimpiada Hazırlıq Mərkəzində çalışacaq müəllimlərlə görüş keçirilib.

 

Görüşdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, AGMA-nın sədri Rüfət Əsədzadə, İsmayıllı Rayon Təhsil Sektorunun əməkdaşları, İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin direktoru və müəllimlər iştirak edib. Çıxış edən natiqlər Olimpiada Hazırlıq Mərkəzinin gələcək fəaliyyətini yüksək qiymətləndirərək, bunun Dağlıq Şirvan RTİ-üzrə olimpiada qaliblərinin sayının yüksəlməsinə təsir edəcəyini bildirmişlər.

 

Qeyd edək ki, Hazırlıq Mərkəzi görüşün keçirildiyi İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin ikinci tədris binasında fəaliyyət göstərəcək və qısa müddətdə fəaliyyətə başlayacaq.


Açar sözlər: ,  ,  ,