Yüksək nəticə göstərərək ali məktəblərə qəbul olunan iki nəfər məzunumuz prezident təqaüdünə layiq görülüb.
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsil alan və 2022-2023-cü tədris ilində yüksək nəticə göstərərək ali məktəblərə qəbul olunan adları aşağıda qeyd edilən məzunlar prezident təqaüdünə layiq görülüblər.
1. Ehtibarova Gülbikə Səfa qızı-Şamaxı rayon Nağaraxana kənd tam orta məktəbinin məzunu-669 bal toplayaraq Şamaxı və region birincisi adını qazanmışdır. Hal-hazırda Azərbaycan Dillər Universitetinin "Dil və ədəbiyyat müəllimliyi" (ingilis dili üzrə) fakültəsində təhsil alır.
2. Rəcəbova Aysu Yusif qızı-Qobustan rayon Təklə kənd tam orta məktəbinin məzunu-668 bal toplayaraq Qobustan rayon birincisi və region ikincisi adını qazanmışdır. Hal-hazırda Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq" fakültəsində təhsil alır.
Məzunlarımızı təbrik edir, onlara gələcək işlərində uğurlar arzulayırıq.