18.10.2023

Avropanın iki ölkəsində altı ali məktəbə dəvət alan məzunumuz

Şamaxı şəhər 6 nömrəli tam orta məktəbin 2023-cü il məzunu Məmmədzadə Elman Emil oğlu "Duolingo" imtahanı üzrə 95, SAT imtahanı üzrə isə 1370 bal toplayaraq Polşa və Latviyanın yüksək nüfuzlu ali təhsil müəssisələrinə dəvət almışdır.

 

Sonda məzunumuzun seçimi Varşava İqtisadiyyat və Humanitar Elmlər Universitetinin "Kibertəhlükəsizlik və kompüter mühəndisliyi" ixtisası olmuş və hal-hazırda həmin ali məktəbdə təhsilini davam etdirir.

 

Məzunumuzu bu yüksək uğuruna görə təbrik edir, ona gələcək həyatında uğurlar arzulayırıq.


Açar sözlər: ,  ,