Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin nəticələri elan olunub. Nəticələrə əsasən Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbləri üzrə 10 layihə qalib olub.
Layihələrdən 2-i məktəb, 8-si isə fərdi kateqoriya üzrədir. İsmayıllı rayonu üzrə 6, Ağsu rayonu üzrə 2, Şamaxı rayonu üzrə 1, Qobustan rayonu üzrə isə 1 layihə qrant qazanıb.
Qeyd edək ki, qrant qazanmış resipiyentlər layihələr üzrə müqavilələrin bağlanılması üçün yaxın günlərdə regional təhsil idarəsinə dəvət ediləcəklər.