1 dekabr 2022-ci il tarixdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin dəstəyi və Şamaxı rayon Mədrəsə qəsəbə tam orta məktəbinin təşkilatçılığı ilə Mədrəsə qəsəbə tam orta məktəbində "Şuşa ili"-nə həsr edilən zona üzrə bilik yarışı keçirilib.
Bilik yarışında Dağlıq Şirvan RTİ-nin müdiri Rövşən Əliyev, Rayon Təhsil Sektorlarının nümayəndələri, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.
Regional İdarənin tabeliyində olan Rayon Təhsil Sektorlarının hərəsindən iki komandanın iştirak etdiyi bilik yarışında ümumilikdə səkkiz komanda mübarizə aparıb. 9-10-11-ci sinif şagirdlərindən ibarət olan hər komandada 6 nəfər şagird biliylərini sınayıb. Maraqlı və gərgin keçən bilik yarışında Ağsu rayonunun "Qarabağ" komandası I yerə, İsmayıllı rayonunun "Mübariz" komandası II yerə, Şamaxı rayonunun "Şuşa" komandası isə III yerə layiq görülüb. Qeyd edək ki, bu tipli yarışların əsas məqsədi Dağlıq Şirvan RTİ-nin tabeliyində olan ümumtəhsil məktəblərində təhsil alan şagirdlər arasında əməkdaşlıq və iş birliyini təşkil etməkdən ibarətdir.
Sonda qalib komandalara diplom və hədiyyələr təqdim edilib. Qalib komandalarımızı təbrik edirik.