04.05.2022

Dağlıq Şirvan Regional Təhsil İdarəsinə müdir təyin edilmiş Rövşən Əliyevin təhsil ictimaiyyətinə təqdim edilməsi mərasimi keçirilib

Mayın 4-də Şamaxı şəhər 2 nömrəli tam orta məktəbin akt zalında Dağlıq Şirvan Regional Təhsil İdarəsinə müdir təyin edilmiş Rövşən Əliyevin təhsil ictimaiyyətinə təqdim edilməsi mərasimi keçirilib. Təqdimat mərasimində Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov, Təhsil Nazirliyinin lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən rayon təhsil şöbələrinin əməkdaşları, məktəb, bağça rəhbərləri və media nümayəndələri iştirak ediblər. Çıxış edən təhsil nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov cənab prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Regional Təhsil İdarələrinin əhəmiyyətindən danışıb. Bildirib ki, yeni idarəçilik sisteminə keçiddə məqsəd təhsil sahəsində səmərəliliyin artırılması, təhsilin dövlət standartlarına uyğun həyata keçirilməsinə nəzarətin gücləndirilməsi və bu sahədə nəticələri daha yüksək etməkdir. Həmçinin təhsil nazirinin regional müdirlər qarşısında qoyduğu tələbi onların diqqətinə bir daha çatdırıb. Sonra Dağlıq Şirvan Regional Təhsil İdarəsinə yeni müdir təyin edilən Rövşən Əliyev çıxış edərək yüksək etimada görə təhsil nazirinə təşəkkür edərək bildirdi ki, etimadı doğruldaraq regiona daxil olan rayonların təhsilinin inkişaf etdirilməsinə nail olacaq. Daha sonra icra başçısı Tahir Məmmədov çıxış edərək yeni yaradılan idarənin fəaliyyətinə uğurlar arzulayaraq, təhsilin inkişafı üçün istənilən sahədə köməklik edəcəyini bildirdi.


Açar sözlər: ,