26.04.2022

"Yaşadığımız bölgədə su hövzələrinin mənfi təsirlərdən mühafizəsi” mövzusunda məktəblərarası elmi-praktik konfrans keçirilmişdir

Çuxuryurd kənd tam orta məktəbində "Yaşadığımız bölgədə su hövzələrinin mənfi təsirlərdən mühafizəsi” mövzusunda məktəblərarası elmi-praktik konfrans keçirilmişdir. Konfransda məktəbin müəllim və şagirdləri, Təhsil Şöbəsinin əməkdaşları, rayonun bir neçə ümumtəhsil məktəblərinin direktorları, müəllimləri iştirak etmişlər. Konfransın rəsmi hissəsi başa çatdıqdan sonra iştirakçılar tərəfindən Çuxuryurd kəndində yerləşən gölün ətrafında böyük ərazi çirkli tullantılardan təmizlənərək əraziyə məlumatlandırıcı lövhələr yerləşdirilmişdir.

Təbiətin mühafizəsi üçün belə bir maarifləndirici konfrans və tədbirin təşkilatçılığı üçün məktəb rəhbərliyinə təşəkkür edirik.


Açar sözlər: