27.04.2022

Rayonun şahmat dərsi tədris olunan pilot ümumtəhsil məktəblərinin şagirdləri arasında rayon birinciliyi keçirilmişdir

26 aprel tarixində Şamaxı Uşaq Gənclər İdman-Şahmat məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş rayonun şahmat dərsi tədris olunan pilot ümumtəhsil məktəblərinin şagirdləri arasında rayon birinciliyi keçirilmişdir. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda I yerə şəhər 2 saylı, II yerə Meysəri kənd, III yerə isə şəhər 1 saylı tam orta məktəblərin komandaları layiq görülmüşlər. Sonda qaliblər Şamaxı RTŞ-si tərəfindən Fəxri Fərmanla təltif edilmişlər.

Qalibləri təbrik edirik.


Açar sözlər: ,