18 aprel tarixində Şamaxı şəhər 2 saylı tam orta məktəbdə Təhsil Nazirliyinin dəstəyi ilə “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olan rus dili və ədəbiyyat üzrə olimpiada Şuşa ilinə həsr edilmişdir. Olimpiadada rayonumuzun rus bölməsi olan ümumtəhsil məktəblərinin VII-IX sinif şagirdlərindən 30 nəfər şagird iştirak etmiş və onlardan ən yüksək nəticə göstərən 8 nəfəri növbəti mərhələdə iştirak etmək hüququ qazanmışdır.