12.04.2022

"Şahin" hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilib

12 aprel 2022-ci il tarixdə Şamaxı rayon Heydər Əliyev adına parkda rayonun ümumtəhsil məktəb şagirdləri arasında "Şahin" hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilmişdir. Yarışda 30 komanda üzrə 400 nəfərə yaxın şagird iştirak etmişdir. Gərgin mübarizə şəraitində keçən yarışda I yerə Mədrəsə qəsəbə, II yerə Qaravəlli kənd, III yerə isə Ovculu kənd tam orta məktəblərin komandaları layiq görülmüşdür. Sonda qaliblərə Fəxri Fərman və Diplom təqdim edilmişdir.

Qeyd edək ki, Yevlax şəhərində keçiriləcək zona yarışında rayonumuzu Mədrəsə qəsəbə tam orta məktəbinin komandası təmsil edəcək.

Qalibləri təbrik edir, gələcəkdə onlara daha yüksək uğurlar arzulayırıq.


Açar sözlər: ,