20.04.2022

"Reqbi" idman növü üzrə məktəblilərin rayon birinciliyi keçirilmişdir

19 aprel 2022-ci il tarixində Şamaxı Olimpiya İdman Kompleksində Şamaxı RTŞ-si, Azərbaycan Reqbi Federasiyası və Şamaxı Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə rayonumuzda ilk dəfə olaraq "Reqbi" idman növü üzrə məktəblilərin rayon birinciliyi keçirilmişdir. Gərgin mübarizədən sonra I yerə Şamaxı THTFT liseyi, II yerə Şamaxı Avropa liseyi, III yerə isə Əngəxaran kənd tam orta məktəbinin komandaları layiq görülmüşdür. Sonda qaliblər kubok, medal və diplomla təltif edilmişdir.

Qalibləri təbrik edirik.