02.04.2022

Lütfi Zadə adına məntiq olimpiadasının rayon mərhələsi keçirilib

2 aprel 2022-ci il tarixində Şamaxı şəhər 9 nömrəli tam orta məktəbdə Lütfi Zadə adına məntiq olimpiadasının rayon mərhələsi keçirilib. Olimpiadada rayon ümumtəhsil məktəblərinin 5-ci sinfində təhsil alan 78 nəfər şagird iştirak edib. Qeyd edək ki, Lütfi Zadə adına məntiq olimpiadası Azərbaycan və rus bölmələri üzrə V sinif şagirdləri arasında təşkil olunur. Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği, həmçinin, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaqdır.


Açar sözlər: ,  ,  ,  ,