04.03.2022

Məktəblilər arasında "Basketbol" idman növü üzrə rayon birinciliyi keçirilib

3-4 mart 2022-ci il tarixlərində Şamaxı şəhər 2 saylı tam orta məktəbin idman zalında 2010-2011-ci il təvəllüdlü məktəblilər arasında "Basketbol" idman növü üzrə rayon birinciliyi keçirilmişdir. İdman yarışında Təhsil Nazirliyinin və Təhsil İdman Mərkəzinin nümayəndələri də iştirak etmişlər. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda qızlar arasında I yerə şəhər 2 saylı, II yerə şəhər 3 saylı, III yerə isə Mədrəsə qəsəbə tam orta məktəbin komandaları, oğlanlar arasında isə I yerə şəhər 10 saylı, II yerə şəhər 3 saylı, III yerə isə şəhər 9 saylı tam orta məktəbin komandaları layiq görülmüşdür. Qalib komandalar sonda Şamaxı RTŞ-nin "Fəxri Fərman"-ı ilə təltif olunmuşlar. Bizdə qalib komandalarımızı təbrik edir, onlara gələcəkdə də uğurlar arzulayırıq


Açar sözlər: