16.03.2022

Respublika fənn olimpiadalarının yarımfinal turunda iştirak edən şagirdlər

Respublika fənn olimpiadalarının yarımfinal turunda iştirak edən şagirdlərin nəticələri açıqlanmışdır. Şamaxı rayonu üzrə 5 nəfər şagird respublika mərhələsində iştirak etmək hüququ qazanmışdır.

1. şəhər 1 saylı tam orta məktəbin XI sinif şagirdi- Ələskərov Rəvan Natiq oğlu, informatika fənni üzrə-müəllimi-Abdullayeva Şəbnəm İsaməddin qızı.

2. şəhər 2 saylı tam orta məktəbin X sinif şagirdi-Əliyev Cəlil Rəsul oğlu, fizika fənni üzrə-müəllimi-Məmmədova Könül Səlahətdin qızı.

3. şəhər 9 saylı tam orta məktəbin XI sinif şagirdi-Ağarəhimova Gülşən Azər qızı, azərbaycan dili və ədəbiyyat fənni üzrə-müəllimi-Şükürova Sənubər Fəqani qızı.

4. Şamaxı Avropa liseyinin XI sinif şagirdi-Şiraliyeva Günay Rəşad qızı, biologiya fənni üzrə-müəllimi-Ağayeva Gülmirə Gəncalı qızı.

5. THTFT internat tipli liseyin XI sinif şagirdi Abdurahmanov Emil Elçin oğlu, fizika fənni üzrə-müəllimi-Balakişiyev Kamal Babakişi oğlu.

Şamaxı RTŞ-nin müdiri Məsud Babayev qalib şagirdlərimiz və onların fənn müəllimləri ilə görüşərək onları təbrik etmiş, onların respublika mərhələsində də uğur qazanmalarını arzulamışdır. Həmçinin fənn müəllimlərinə növbəti respublika mərhələsinə şagirdlərin ciddi şəkildə hazırlaşmaqları üçün tövsiyyə və tapşırıqlar vermişdir. Biz də, şagirdlərimizi təbrik edir, onlara növbəti mərhələdə uğurlar arzulayırıq.

 


Açar sözlər: ,  ,