17.03.2022

VII sinif şagirdləri arasında futbol üzrə "Coca-Cola" məktəbli kuboku yarışına start verilib

15 mart 2022-ci il tarixdə Şamaxı şəhər 6 saylı tam orta məktəbin idman zalında VII sinif şagirdləri arasında futbol üzrə "Coca-Cola" məktəbli kuboku yarışına start verilmişdi. Yarışda finala şəhər 10 saylı və Göylər kənd 2 saylı tam orta məktəblərin komandaları vəsiqə qazanmışlar. Final yarışlarının aprel ayında keçirilməsi nəzərdə tutulur.

 

 


Açar sözlər: ,