Martın 19-da Şamaxıda Heydər Əliyev Fondu tərəfindən Ovculu kəndində tikilən yeni 280 şagird yerlik tam orta məktəbin və Sabir qəsəbəsində inşa olunan 160 yerlik körpələr evi-uşaq bağçasının açılışı olub. Açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Heydər Əliyev Fondunun şöbə müdiri Elvin Aslanov, kənd sakinləri və ziyalılar iştirak etmişlər.