1992-ci il noyabrın 21-də yaradılmış, ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası tarixin sınaqlarından şərəflə çıxaraq milyonların sevgisini qazanıb, adı qalib partiya kimi çağdaş tariximizə yazılıb. Ulu öndər Heydər Əliyevin siyasi irsi ölkəmizin hərtərəfli inkişafının təməlində duran əsas ideoloji amildir. Yeni Azərbaycan Partiyası qısamüddət ərzində ümumxalq partiyasına çevrilmişdir.
Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bir çox göstəricilərə görə axırıncı yerlərdə idi. Müsbət dəyişikliklərin əldə olunmasında HeydərƏliyevin 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər önəmli rol oynamışdır.
Ulu öndərin müstəqilliklə bağlı qətiyyətli addımları bir çox təhdidlərin qarşısını almışdır. 1993-cü ilin oktyabrında Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanın tarixində yeni inkişaf mərhələsinin əsası qoyuldu. Ölkənin böhrandan çıxması prosesi başladı.
Aparılan uğurlu siyasət sayəsində Azərbaycanın “regionun lider ölkəsi” statusu təsdiqləndi. Azərbaycan hökuməti tərəfindən aparılan effektiv enerji və nəqliyyat siyasəti, habelə humanitarlayihələr ölkəmizin və regionun inkişafına xidmət edir. Ermənistandan fərqli olaraq, Azərbaycana demək olar ki, heç kim kömək etmirdi və bütün nailiyyətləri daxili imkanlarımız hesabına əldə edilmişdir. Ölkəmizə gələn investisiyalar dayanmadan artmaqdadır.
Müstəqilliyin ilk illərində yaşanmış hərbi məğlubiyyət və daxili böhran suverenliyin gələcəyini sual altına qoymuşdu. Torpaqlarımız əldən gedirdi, ərazi bütövlüyümüz pozulmuşdu. 2005-ci ildə İlham Əliyev cənabları Yeni Azərbaycan Partiyasının sədri seçilmişdir. Yeni Azərbaycan Partiyasının VII qurultayı prezident İlham Əliyevin islahatlar siyasətinin davamıdır. 2018-ci il prezident və 2020-ci il parlament seçkilərindən, xüsusən də 2020-ci il İkinci Qarabağ müharibəsində əldə olunmuş qələbədən sonra yaranmış reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yaratmışdır.
YAP ölkəmizin vətənpərvər, intellektual ehtiyatı olan yeni gənc nəsil nümayəndələrini özündə birləşdirən siyasi partiyadır. Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi. Onlardan kimisi şəhid, kimisi qazi oldular. Qəhrəmanlıq göstərərək tarixi ədaləti bərpa etdilər. Ölkədə həmrəylik və demokratiya mühitinin qorunması siyasətinin reallaşmasında iqtidar partiyası aparıcı rol oynadı. Ölkədə reallaşan siyasi dialoq YAP-ın prioritet fəaliyyət istiqamətlərindən biridir. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmiz güclənməsi qarşımızda duran vacib məsələlərdir. Ölkəmizdə aparılan siyasi dialoq demokratik ənənələrin dərinləşməsi və siyasi sistemin təkmilləşməsi üçün böyük əhəmiyyət daşıyır.