28.02.2022

"Həndbol" idman növü üzrə rayon məktəblilərinin spartakiadası keçirilib

26 fevral 2022-ci il tarixində Şamaxı şəhər 6 saylı tam orta məktəbin idman zalında Xocalı soyqırımına həsr edilən "Həndbol" idman növü üzrə rayon məktəblilərinin spartakiadası keçirilmişdir. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda oğlanlar arasında I yerə şəhər 6 saylı, II yerə şəhər 2 saylı, III yerə isə Şamaxı Avropa liseyinin komandaları, qızlar arasında isə I yerə şəhər 6 saylı, II yerə Şamaxı Avropa liseyi, III yerə isə şəhər 3 saylı tam orta məktəbin komandaları layiq görülmüşdür. Qalib komandalar sonda Şamaxı RTŞ-nin və Rayon Gənclər və İdman İdarəsinin "Fəxri Fərman"-ları ilə təltif olunmuşlar. Bizdə qalib komandalarımızı təbrik edir, onlara gələcəkdə də uğurlar arzulayırıq.


Açar sözlər: ,