31 yanvar 2022-ci il tarixində Şamaxı RTŞ-də pandemiya qaydalarına uyğun olaraq növbəti təhsilyanı şura keçirilib. RTŞ rəhbərliyi tərəfindən təhsilyanı şurada məktəblərin tədris ilinin I yarımil üzrə nəticələri müzakirə edilmiş, məktəb direktorlarına II yarımildə görüləcək işlər haqqında, eləcədə tədrisin yüksəldilməsi istiqamətində ciddi tapşırıqlar verilmişdir. Bundan əlavə yaxın zamanlarda keçiriləcək buraxılış imtahanlarına hazırlıq və digər işlərlə əlaqəli müzakirələr aparılmışdır.