07.02.2022

IX-XI sinif şagirdləri ilə görüşlər  keçirilib

7 fevral tarixində Şamaxı RTŞ-nin akt zalında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, Cəmşid Naxçıvanski adına Hərbi liseyə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə qəbul qaydaları haqqında məlumat vermək üçün həmin müəssisələrin nümayəndələri Şamaxı rayonunun ümumtəhsil məktəblərində təhsil alan bir qrup IX-XI sinif şagirdləri ilə görüş keçirmişlər. Görüşdə qeyd edilən təhsil müəssisələrinə qəbul qaydaları izah edilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.


Açar sözlər: ,  ,