11.02.2022

Şamaxı rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən rayonun bir qrup məktəb direktorları və bağça müdirləri üçün seminar keçirilmişdir

11 fevral tarixində Şamaxı şəhər 2 saylı tam orta məktəbin akt zalında Şamaxı rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən rayonun bir qrup məktəb direktorları və bağça müdirləri üçün seminar keçirilmişdir. Seminarda Respublika GEM-in nümayəndələri, Şamaxı RTŞ-nin nümayəndəsi, Şamaxı GEM-in rəhbərliyi, şəhər icra nümayəndəliyinin rəhbərliyi də iştirak etmişlər. Seminarda məktəb və bağçalarda sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməsinə, eləcə də sanitariya-gigiyena və epidemiya əleyhinə tədbirlərin görülməsinə aid təlimatlar verilmiş, təhsil müəssisələrinin rəhbərlərinə bu məsələlərdə məsuliyyətli olmaqları bildirilmişdir.

 

 


Açar sözlər: ,  ,