19.01.2022

Avaxıl kənd tam orta və Laləzar kənd ümumi orta məktəblərində monitorinqlər  keçirilib

Təhsil Nazirinin 24.09.2021-ci il tarixli K-1221 nömrəli əmrinin 3-cü bəndinin tələblərinə uyğun olaraq yeni təyin olunmuş direktorlara tövsiyələr verilməsi, əməli köməklik göstərilməsi üçün növbəti monitorinqlər rayonun Avaxıl kənd tam orta və Laləzar kənd ümumi orta məktəblərində keçirilmişdir. Bu məktəblərdə də 2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə təhsil nazirinin 21.09.2021-ci il tarixli F-450 nömrəli əmrinin 3-cü bəndinin icrası vəziyyəti də yoxlanılmışdır.