24.01.2022

"Voleybol" idman növü üzrə rayon məktəblilərinin spartakiadası keçirilmişdir

22 yanvar 2022-ci il tarixində Şamaxı şəhər 2 saylı tam orta məktəbin idman zalında "Voleybol" idman növü üzrə rayon məktəblilərinin spartakiadası keçirilmişdir. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda oğlanlar arasında I yerə şəhər 10 saylı, II yerə şəhər 2 saylı, III yerə isə Əngəxaran kənd tam orta məktəblərin komandaları, qızlar arasında isə I yerə Əngəxaran kənd tam orta, II yerə şəhər 3 saylı, III yerə isə Şamaxı Avropa liseyinin komandaları layiq görülmüşdür.

Qalib komandalar sonda Şamaxı RTŞ-nin və Rayon Gənclər və İdman İdarəsinin "Fəxri Fərman"-ları ilə təltif olunmuşlar.

Bizdə qalib komandalarımızı təbrik edir, onlara gələcəkdə də uğurlar arzulayırıq.


Açar sözlər: ,