12.01.2022

Dövlət İmtahan Mərkəzinin Göyçay Regional Bölməsi tərəfindən  imtahanlarda nəzarətçi qismində iştirak edəcək şəxslər üçün təlimlər keçirilib

12 yanvar 2022-ci il tarixdə Şamaxı şəhər 2 saylı tam orta məktəbdə Dövlət İmtahan Mərkəzinin Göyçay Regional Bölməsi tərəfindən cari ildə keçiriləcək Şamaxı rayonu üzrə imtahanlarda nəzarətçi qismində iştirak edəcək şəxslər üçün təlimlər keçirilib. Təlimlərə təcrübəsi az olan və imtahanlarda nəzarətçi qismində ilk dəfə iştirak edəcək şəxslər cəlb olunub.


Açar sözlər: