22.01.2022

Respublika fənn olimpiadalarının rayon mərhələsi keçirilib

Yanvarın 22-də respublikanın bütün bölgələrində olduğu kimi Şamaxı şəhər 9 nömrəli tam orta məktəbdə də respublika fənn olimpiadalarının rayon mərhələsi keçirilmişdir.

Ümumilikdə 309 nəfər şagirdin qatıldığı fənn olimpiadaları 9,10,11-ci siniflər və xüsusi istedadı ilə seçilən 8-ci sinif şagirləri arasında 8 fənn (riyaziyyat, informatika, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya) üzrədir.

Rayon mərhələsinin nəticələri www.portal.edu.az, www.olimpiada.edu.az saytları və iştirakçıların təhsil aldıqları ümumi təhsil müəssisələri vasitəsilə 30 yanvar 2022-ci il tarixindən etibarən elan olunacaq.

Qeyd edək ki, fənn olimpiadalarının keçirilməsində məqsəd müvafiq istiqamətlər üzrə istedadı ilə seçilən şagirdlərin müəyyənləşdirilməsi, onların həvəsləndirilməsi və həmin istiqamətlərə olan marağın artırılmasından ibarətdir.

Respublika Fənn Olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.

Olimpiada iştirakçılarına uğurlar arzulayırıq!