21.12.2021

"Stolüstü tennis" idman növü üzrə rayon məktəblilərinin spartakiadası keçirilib 

18 dekabr 2021-ci il tarixində Şamaxı Avropa liseyinin idman zalında "Stolüstü tennis" idman növü üzrə rayon məktəblilərinin spartakiadası keçirilmişdir. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda I yerə Şamaxı Avropa liseyi, II yerə şəhər 3 saylı, III yerə isə şəhər 6 saylı tam orta məktəblərin komandaları layiq görülmüşdür. Qalib komandalar sonda Şamaxı RTŞ-nin və Rayon Gənclər və İdman İdarəsinin "Fəxri Fərman"-ları ilə təltif olunmuşlar. Bizdə qalib komandalarımızı təbrik edir, onlara gələcəkdə də uğurlar arzulayırıq.

 

 


Açar sözlər: ,  ,