23.12.2021

“Rəqəmsal gələcəyə addım” respublika müsabiqəsində 5-7-ci siniflər kateqoriyası üzrə uğur əldə edilib

Şamaxı şəhər 10 saylı tam orta məktəbin V sinif şagirdi Babayev Asif Aqil oğlu Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq təhsil şirkəti tərəfindən “Kod Saatı” qlobal hərəkatı çərçivəsində V-IX sinif şagirdləri üçün təşkil olunan “Rəqəmsal gələcəyə addım” respublika müsabiqəsində 5-7-ci siniflər kateqoriyası üzrə II yerə layiq görülüb. Şagirdimizə sertifikat və qiymətli hədiyyə təqdim edilib. Biz də şagirdimizi və onun müəllimi Eyubova Şəhla Heybət qızını təbrik edir, ona gələcəkdə daha yüksək uğurlar arzulayırıq.


Açar sözlər: ,  ,  ,  ,