13.12.2021

“STEAM Azərbaycan Festivalı 2021”-də "Zəfər Şamaxı" komandası "Lego Sumo" kateqoriyası üzrə  III yerə layiq görülmüşdür

8-10 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi ilə STEAM Azərbaycan layihəsi çərçivəsində “STEAM Azərbaycan Festivalı 2021”-də "Zəfər Şamaxı" komandası "Lego Sumo" kateqoriyası üzrə 34 komanda arasında III yerə layiq görülmüşdür. Komandanı Şamaxı Avropa liseyinin riyaziyyat və informatika müəllimi İsmayılova Aygün Rusxat qızının rəhbərliyi ilə həmin liseyin 7-ci sinif şagirdləri Xasiyev Uğur Fərhad oğlu və Məmişov Üzeyir Səbuhi oğlu təmsil etmişlər.

Müəllimimizi və şagirdlərimizi təbrik edir, onlara gələcəkdə daha yüksək uğurlar arzulayırıq.

 

 


Açar sözlər: ,