Şamaxı Rayon Təhsil Şöbəsi müdirinin imzaladığı əmrə əsasən rayon ümumtəhsil məktəblərində RTŞ əməkdaşları tərəfindən keçirilən monitorinqlər davam edir. Növbəti belə monitorinq Çarhan, Sis, Sabirli kənd ümumi orta və Qəleybuğurd kənd tam orta məktəblərində keçirilmişdir.
RTŞ əməkdaşlarından ibarət olan komissiya qeyd edilən məktəblərdə olmuş, mövcud olan nöqsanlar müəyyən edilərək məktəb kollektivi ilə müzakirə edilmişdir.