02.12.2021

"Narkomaniyaya qarşı mübarizə sağlam həyatın təminatıdır" mövzusunda tədbir keçirilib 

2 dekabr 2021-ci il tarixdə Şamaxı Rayon Təhsil Şöbəsi, Şamaxı Rayon Polis Şöbəsi və Şamaxı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Narkomaniyaya qarşı mübarizə sağlam həyatın təminatıdır" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Şamaxı RTŞ-nin müdiri Məsud Babayev, Polis Şöbəsinin rəisi polis polkovniki Əlyəddin Səfərov, İdman və Gənclər İdarəsinin rəisi Şahmar Hüseynov, şəhər 2 saylı tam orta məktəbin rəhbərliyi, müəllim və şagird kollektivi iştirak etmişdir. Çıxış edən şəxslər narkomaniyanın insan sağlamlığı və cəmiyyət üçün yaratdığı ciddi problemlər, narkomaniya ilə mübarizə istiqamətində həyata keçirilən maarifləndirmə işləri, bu sahədə qəbul olunan müxtəlif dövlət proqramları haqqında geniş məlumat vermişlər. Tədbirdə şagirdlərin icbari ümumi orta təhsil almaları ilə bağlı müvafiq işlərin görülməsi və aidiyyəti qurumlar arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi də müzakirə edilmişdir.

Sonda şagirdlərin və müəllimlərin sualları cavablandırılmışdır.

 

 


Açar sözlər: ,