Noyabrın 19-da ümumi təhsil müəssisələrinin VIII-XI sinif şagirdləri arasında keçirilmiş “Zəfər yolu” inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi baş tutub. Müsabiqə Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondu və Qarabağ Dirçəliş Fondunun tərəfdaşlığı ilə həyata keçirilib.
Şamaxı rayon Şəhriyar qəsəbə tam orta məktəbinin VIII sinif şagirdi Eyubova Mələk Xamis qızı qalib olaraq II yerə layiq görülmüş və təhsil naziri cənab Emin Əmrullayev tərəfindən diplomla və qiymətli hədiyyə ilə təltif olunmuşdur.
Şagirdimizi təbrik edir, ona gələcəkdə daha yüksək uğurlar arzulayırıq.