22.11.2021

"Şahmat" idman növü üzrə rayon məktəblilərinin spartakiadası keçirilmişdir

20 noyabr 2021-ci il tarixində Şamaxı UGİŞM-də "Şahmat" idman növü üzrə rayon məktəblilərinin spartakiadası keçirilmişdir. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda I yerə şəhər 2 saylı, II yerə Şamaxı Avropa liseyi, III yerə isə Mədrəsə qəsəbə tam orta məktəblərin komandaları layiq görülmüşdür. Qalib komandalar sonda Şamaxı RTŞ-nin və Rayon Gənclər və İdman İdarəsinin "Fəxri Fərman"-ları ilə təltif olunmuşlar.

Bizdə qalib komandalarımızı təbrik edir, onlara gələcəkdə də uğurlar arzulayırıq.


Açar sözlər: ,  ,