16.11.2021

V-XI siniflərdə təhsil alan məktəblilər üçün Bakı şəhərindəki muzeylərə ekskursiya təşkil edilmişdir

14 noyabr tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Şamaxı rayon ümumtəhsil məktəblərində təhsil alan aztəminatlı ailələrin övladları, şəhid övladları, həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş və ya bir valideyni vəfat etmiş və o biri valideyninin əlilliyi olan 250 nəfər V-XI siniflərdə təhsil alan məktəblilər üçün Bakı şəhərindəki muzeylərə ekskursiya təşkil edilmişdir. Şagirdlər dünyada yalnız ölkəmizdə olan “Suraxanı” Tanker-Muzeyi, həmçinin Milli Xalça Muzeyi, Müasir İncəsənət Muzeyi və Milli İncəsənət Muzeylərini gəzərək eksponatlarla yaxından tanış olmuşlar. Hamı üçün maraqlı və yaddaqalan olan gəzintinin sonunda şagirdlərin hər birinə hədiyyə olaraq kurtka və çanta hədiyyə edilmiş, onlara nahar süfrəsi təşkil edilmişdir.

Yüksək səviyyəli təşkilatçılıq üçün Təhsil Nazirliyinə və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinə təşəkkür edirik !!!


Açar sözlər: ,  ,  ,