14.11.2021

Beynəlxalq Kenquru Riyaziyyat Müsabiqəsi keçirilib

14 noyabr tarixində respublikanın digər bölgələrində olduğu kimi Şamaxı şəhərində də Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən Beynəlxalq Kenquru Riyaziyyat Müsabiqəsi keçirilmişdir.Şəhər 9 saylı tam orta məktəbdə keçirilən müsabiqədə rayonun ümumtəhsil məktəblərinin II-X sinif şagirdlərindən 147 nəfər iştirak etmişdir. Müsabiqə keçirilən zaman pandemiya qaydalarına əməl edilmişdir.

Nəticələrin yaxın günlərdə elan edilməsi gözlənilir.


Açar sözlər: ,  ,  ,  ,