03.11.2021

Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbinin biologiya müəllimi Əhmədova Sədaqət Sədrəddin qızının kitablarının təqdimatı olub

Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbinin biologiya müəllimi Əhmədova Sədaqət Sədrəddin qızının pandemiya dövründə iki kitabı işıq üzü görmüşdür. Kitabların birinin adı "Atamın xatirələri, ikincisi isə "Biologiya və onun tədrisində yeni təlim texnologiyaları” adlanır. "Atamın xatirələri" adlı kitab atası Sosialist Əməyi Qəhrəmanı Sədrəddin Əhmədovun həyat və yaradıcılığından bəhs edir. Digər kitab isə biologiya fənninin tədrisdə öyrənilməsində istifadə edilmək üçün səmərəli ola biləcək kitabdır. Biz də Sədaqət müəlliməni kitablarının çap edilməsi ilə əlaqəli təbrik edir, ona gələcək işlərində uğurlar arzulayırıq.


Açar sözlər: ,  ,  ,  ,