2 noyabr tarixində Şamaxı Rayon Təhsil Şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsi və Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə "8 noyabr-Zəfər günü" ilə əlaqədar təhsil sektorunda çalışan qazi və müharibə iştirakçıları ilə görüş keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə ulu öndər Heydər Əliyevin abidəsini və şəhidlər xiyabanını ziyarət ediblər. Tədbirin rəsmi hissəsində məktəblilər vətənpərvər mövzusunda şerlər ifadə etmişlər.Sonda cənab Prezidentin sərəncamı ilə bir qrup qaziyə müharibədə göstərdiyi şücaətə görə verilən medalların təqdim edilməsi mərasimi keçirilmişdir.