03.11.2021

"Şagirdlərin astronavtika məktəbi" adlı layihənin onlayn açılış mərasimi keçirilib

1 noyabr 2021-ci il tarixdə Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant müsabiqəsində qalib olduğu "Şagirdlərin astronavtika məktəbi" adlı layihənin onlayn açılış mərasimi keçirilmişdir. Tədbirdə Şamaxı RTŞ-nin aparıcı məsləhətçisi Cəmil Muradov, Şamaxı Astrofizika Rəsədxanasının elmi katibi, astronomiya üzrə fəlsəfə doktoru, dosent Orxan Xəlilov, layihədə əməkdaşlıq edəcək Türkiyənin Texniki Peşə və Anadolu liseyinin direktoru Tolqa Unal, həmin liseyin layihələr üzrə koordinatoru Tamer Karakuş, məktəb direktorları, müəllimlər və digər qonaqlar iştirak etmişlər. Layihə rəhbəri Gülnurə Babaşova çıxış edərək lahiyə haqqında geniş məlumat vermişdir. Sonda qonaqlar çıxış edərək layihənin işinə uğurlar arzulamışlar.


Açar sözlər: ,