27.10.2021

Şamaxı Rayon Təhsil Şöbəsində növbəti kadr təyinatı olub

Şamaxı Rayon Təhsil Şöbəsində növbəti kadr təyinatı olub.

Təhsil naziri cənab Emin Əmrullayevin müvafiq əmri ilə Əliyev Kabuz Abdulalı oğlu direktorların işə qəbulu imtahanında uğurlu nəticə göstərdiyinə görə Şamaxı rayon Mərzəndiyyə kənd tam orta məktəbinə direktor vəzifəsinə təyin edilib. Əliyev Kabuz Abdulalı oğlu 1984-ci il yanvar ayının 6-da Talışnuru kəndində anadan olub. 2000-ci ildə Nağaraxana kənd tam orta məktəbinin 11-ci sinfini bitirib. 2000-2004-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəsm və rəsmxətt müəllimiyi fakültəsində təhsil alıb. 2004-2005-ci illərdə hərbi xidmətdə olub. 2005-2008-ci illərdə Nağaraxana kənd tam orta məktəbində ixtisası üzrə müəllim işləyib. 2008-2021-ci illərdə şəhər 10 saylı tam orta məktəbdə direktor müavini, Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsində işləyib. 2021-ci il 25 oktyabr tarixindən Mərzəndiyyə kənd tam orta məktəbinə direktor təyin edilib. Ailəlidir, 2 övladı var. Kabuz müəllimi bu vəzifəyə təyin edilməsi münasibətilə təbrik edir, ona bu şərəfli və çətin işində uğurlar arzulayırıq.


Açar sözlər: ,