Şamaxı rayonunda bütün yaş səviyyələri üzrə təhsil işçilərinin III doza vaksinasiya prosesi sürətlə və uğurla davam etdirilir. Şamaxı RTŞ müdiri Məsud Babayev başda olmaqla idarənin bütün kollektivi III doza vaksinasiya prosesində iştirak ediblər. Həmçinin bütün məktəblər üzrə II dozanı vurdurduqları tarixdən 150 gün keçmiş müəllim və texniki işçilər müəyyən edilmiş qrafikə uyğun olaraq könüllü qaydada tam ruh yüksəkliyi ilə bu prosesdə iştirak edirlər.
Bütün vətəndaşlarımızı sağlamlığımızın qarantı olan bu aksiyada fəal iştirak etməyə çağırırıq.