23.10.2021

"Atletika" idman növü üzrə rayon məktəblilərinin spartakiadası keçirilib

23 oktyabr 2021-ci il tarixində Şamaxı şəhər 6 saylı tam orta məktəbin idman meydançasında "Atletika" idman növü üzrə rayon məktəblilərinin spartakiadası keçirilmişdir. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda I yerə Qızmeydan kənd, II yerə şəhər 1 saylı, III yerə isə şəhər 6 saylı tam orta məktəblərin komandaları layiq görülmüşdür. Qalib komandalar sonda Şamaxı RTŞ-nin və Rayon Gənclər və İdman İdarəsinin "Fəxri Fərman"-ları ilə təltif olunmuşlar.

Bizdə qalib komandalarımızı təbrik edir, onlara gələcəkdə də uğurlar arzulayırıq.


Açar sözlər: ,  ,  ,