20.10.2021

Vətəninə sədaqətli Mehriban xanım

Ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevanın uğurlu və peşəkar fəaliyyəti hər birimizin diqqət mərkəzindədir. Mehriban xanım gözəl ana, gözəl həyat yoldaşı olmaqla yanaşı vətəninə, elinə, xalqına sədaqətli şəxsiyyətdir. Cənubi Qafqazın ən böyük partiyası olan Yeni Azərbaycan Partiyasının sədr müavini, 2005-2017-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü, Beynəlxalq təşkilatlar olan UNESCO və İSESCO-nun xoşməramlı səfiri, 2004-cü ildən Ulu Öndərimizin adını daşıyan Fondun Prezidenti kimi fəaliyyəti ilə Azərbaycan xalqının dərin məhəbbət və hörmətini qazanmışdır. Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq birinci vitse-prezident Mehriban xanım Əliyevanın dövlətin sosial, humanitar və iqtisadi siyasətinin həyata keçirilməsində böyük əməyi vardır. Birinci vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban xanım qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmışdır. Mehriban xanım Əliyevanın bu gün Azərbaycanı dünyada multikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır.

Mehriban xanım Əliyevanın təhsilin inkişafı üçün rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təhsillə bağlı bir çox önəmli layihə, proqramlara start verilmişdir. Təkcə 2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə, 62 təhsil müəssisəsi inşa edilmiş və əsaslı təmir olunmuşdur. Qazi və şəhid ailələrinə, qayğıya ehtiyacı olanlara Mehriban xanım hər zaman böyük dəstək olmuşdur. Xarici siyasət sahəsində də Mehriban xanım Əliyeva UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri kimi hərtərəfli geniş fəaliyyət göstərir. Azərbaycanın xarici ölkələrlə dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsində Mehriban xanım Əliyevanın fəaliyyəti çox uğurludur. Mehriban xanım Əliyeva qəhrəman şəhidlərimizin övladları, valideynləri və doğmalarına hər zaman xüsusi diqqət, qayğı göstərmişdir. Dövlətimizin başçısı və birinci xanım hər zaman şəhid ailələrinin və qazilərin sosial təminatına xüsusi diqqət yetirir. 1997-2021-ci illərdə şəhid ailələrinə 10 min 500 mənzil və fərdi ev təqdim olunub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qaziləri yüksək texnologiyalı protezlərlə təmin edir. Mehriban xanımın ictimai-siyasi fəaliyyəti o qədər zəngin və parlaqdır ki, onu incəliklərinə qədər təsvir etmək, sadalamaq, xatırlamaq qeyri mümkündür. Mehriban xanımı dövlətçilik tariximizdə şəxsiyyət kimi xarakterizə edən onun fəaliyyətində ənənəviliklə müasirlik tarixi köklərə bağlılıqla dünyəvilik əsas prinsiplərdəndir.

Ölkəmizin inkişafına öz layiqli töhfələrini verən Mehriban xanımın "Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam. Mən buna nail olmağa çalışacağam" fikri həyat fəlsəfəsinin əsasını təşkil edir. Azərbaycanın inkişaf etdirilməsində hər zaman yaxından iştirak edən Mehriban xanım Əliyevaya can sağlığı arzu edirik.


Açar sözlər: