20.10.2021

Təhsilyanı şura iclası keçirilib

19 oktyabr 2021-ci il tarixində Şamaxı RTŞ-də pandemiya qaydalarına uyğun olaraq növbəti təhsilyanı şura keçirilib. Şurada RTŞ-nin müdiri Məsud Babayev çıxış edərək ötən tədris ili üzrə 9 və 11-ci siniflərin buraxılış imtahan nəticələrini və ali məktəbə qəbulun nəticələrini müzakirə etmişdir. Ən yüksək nəticə göstərən direktorlara təşəkkür, nəticəsi zəif olan məktəb direktorlarına isə xəbərdarlıq elan edilmiş və qısa müddətdə nöqsanların aradan qaldırmalarını onların diqqətinə çatdırmışdır. Daha sonra təhsil işçilərinin tədris zamanı pandemiya qaydalarına əməl etmələri, vaksinasiya prosesində fəal iştirak etmələri, tədrisin keyfiyyətinin artırılması, ümumiyyətlə qarşıda görüləcək digər məsələlər haqqında direktorlara tapşırıqlar verərək işlərində məsuliyyətli olmaqlarını onların diqqətinə çatdırmışdır.

İclasda həmçinin RTŞ əməkdaşları çıxış edərək direktorlara müəyyən tapşırıqlar vermişlər.

Sonda direktorları maraqlandıran suallar cavablandırılmışdır.


Açar sözlər: ,  ,