Azərbaycan müstəqillik əldə etdikdən sonra onun suverenliyini tanıyan ilk dövlət Türkiyə olmuşdur. Qardaş Türkiyə Cümhuriyyəti hər zaman ölkəmizi dəstəkləyib. Çətin zamanlarda, təbii fəlakətlər baş verəndə bir-birinə kömək edən bu iki ölkənin dostluğu və əməkdaşlığı dünya ölkələrini heyrətə gətirmişdir. Heç bir qüvvə bu əməkdaşlığı, qardaşlığı poza bilməz. Ulu Öndərin təbirincə desək, “Bir millət iki dövlət dostluğu əbədi yaşayacaqdır”. Bu dostluğu pozmaq istəyənlər çoxdur. Lakin hazırkı dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev bu dostluğu möhkəmləndirmiş və sarsılmaz etmişdir.
Azərbaycana hər zaman dəstəyini əsirgəməyən Türkiyə ermənilərin sərhəd pozmalarının qarşısının alınması və Azərbaycan torpaqlarının qaytarılmasını tələb edən sərt bəyanatlar vermişdir. Türkiyə öz dəstəyini 2020-ci ilin iyulunda Tovuz təxribatı zamanı nümayiş etdirdi. Türkiyə bu zaman da öz mövqeyini ortaya qoyaraq Azərbaycanı dəstəklədi. Türkiyə həm də Azərbaycanın hərbi partnyorudur. Tovuz təxribatından sonra 2020-ci ilin 29 iyul-10 avqust tarixlərində hər iki ölkənin quru qoşunları, hərbi hava qüvvələrinin iştirakı ilə genişmiqyaslı taktiki və uçuş təlimləri keçirildi. Ordunun şəxsi heyəti,zirehli texnikaları,artilleriya qurğuları, HHM vasitələri təlimə cəlb olundu. Bakı, Naxçıvan, Yevlax və Gəncə şəhərlərində keçirilən təlimlər ordumuzun döyüş qabiliyyətini daha da gücləndirdi. Dövlət başçısı İlham Əliyev Türkiyənin Müdafiə naziri Hulusi Akarla görüşündə bu təlimlərin önəmi haqqında fikir bildirmişdir. Həmçinin Ali Baş Komandan bildirirdi ki, qardaş Türkiyə ilə keçirdiyimiz hərbi təlimlər bəzi dövlətlər üçün narahatlıq yaratmışdır. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan qardaşlığı,əməkdaşlığının təzahürüdür.
Azərbaycanla Türkiyə tək hərbi sahədə yox bütün sahələrdə əməkdaşlıq və dostluq münasibətindədir. Təhsil, maliyyə, hüquq, səhiyyə, turizm, xarici siyasət, təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq mövcuddur. İki ölkə arasındakı hərbi əməkdaşlığın bügunkü vəziyyətini 3 əsas məsələ müəyyənləşdirir:
1. NATO ilə əməkdaşlıq.
2. Azərbaycanla Türkiyə arasında imzalanan təhlükəsizlik və strateji tərəfdaşlıq sənədləri.
3. Türkiyə və Azərbaycanın milli regional maraqları, Azərbaycanla münasibətləri.
Türkiyə hər zaman Azərbaycanla dostluqda, əməkdaşlıqda qətiyyətli və sözübütövdür. Eləcə də Azərbaycan dövləti Türkiyə ilə hər zaman strateji ortaqdır. Beynəlxalq konfranslarda bu iki ölkə qədər bir-birini dəstəkləyən başqa dövlətlər yoxdur. Düşmənin Yunanıstan və Kiprlə hərbi əməkdaşlığı Azərbaycanı narahat edir.
Torpaqlarımızda ermənilər saysız- hesabsız qırğınlar törətmiş, tarixi abidələrimizi məhv etmiş, Xocalı qətliamı törətmişdir. Qətliamın beynəlxalq aləmdə tanıdılması sahəsində qardaş Türkiyə dövlətinin dəstəyi hər zaman hiss edilir. Ermənistan dövləti BMT TŞ-nın qətnamələrinə əməl etmir,əksinə təcavüz siyasətini davam etdirirdi. Şərqi Aralıq dənizində Yunanıstanla Türkiyə arasında baş verən münaqişə zamanı Azərbaycan bir daha qardaş ölkənin yanında olduğunu sübut etdi. Beynəlxalq ictimaiyyət, dünya dövlətləri bir daha Türkiyə-Azərbaycan dostluğunun, əməkdaşlığının şahidi oldu. Prezident İlham Əliyev Yunanıstanın səfirinə də bu sözləri söyləmişdir: ,,Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, həm də qardaş ölkədir. Biz hər zaman Türkiyəni dəstəkləyəcəyik,,. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu beynəlxalq konfransda Qərb dövlətlərinin ikili standartlarını pisləmiş, Qarabağ münaqişəsinin uzanmasında onların qətiyyətsizliyinə işarə etmişdir.
Azərbaycanla Türkiyə hər zaman bir-birini dəstəkləyən dövlətlərdir. Dövlətimizin iqtisadi gücü günü -gündən artır. Dövlətimiz beynəlxalq arenada öz sözünü deyir. 44 günlük müharibədə də Azərbaycan ordusu ”Dəmir yumruq” siyasəti nəticəsində qalib gəldi. Qardaş Türkiyə Azərbaycanın haqlı müharibəsini dəstəklədi. Düşmənin 30 illik Qarabağ işğalına son qoyuldu. Türkiyədən alınan Bayraktar puaları düşmənin canlı qüvvə və texnikalarının məhv edilməsində böyük rol oynadı. 10 noyabr bəyanatından sonra da Türkiyə Azərbaycana dəstək göstərdi.
2021-ci ildə imzalanan “Şuşa Bəyannaməsi”ndən sonra iki qardaş dövlətin əməkdaşlığı ən yüksək həddə çatdı. “Şuşa Bəyannaməsi”ndən sonra Türkiyə Azərbaycana hər cürə dəstək göstərəciyinə vəd verdi. Artıq bütün türk dünyasının şüarına çevrilən Ulu Öndər Heydər Əliyevin “Bir millət iki dövlət” sözləri bir tarixi həqiqət kimi qəbul olunur. İki dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev bu dostluğu uğurla davam etdirirlər. Bütün sahələrdə əməkdaşlıq yüksək səviyyədə aparılır.
Yaşasın Azərbaycan-Türkiyə əməkdaşlığı!
Dostluğumuz, qardaşlığımız əbədi olsun!